Türkiyə XİN-dən 15 Sentyabr paylaşımı

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2025 11:11

Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Türkiyə XİN-in “X” səhifəsində paylaşım edilib.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi diləklərimizlə təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq”, – qeyd edilib.

 

Gununsesi.info