Türkiyə yeni “F-16”-lar alır? – ABŞ-dan RƏSMİ AÇIQLAMA

  • By admin
  • 09 Oktyabr 2021 15:19

“Röyter” agentliyi Türkiyənin ABŞ-a 40 ədəd yeni model “F-16” döyüş təyyarəsi almaq təklifi verdiyini yazmışdı.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-dan bu məsələ ilə əlaqədar rəsmi açıqlama gəlib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilib: “Siyasi olaraq Departament Konqresə rəsmən bildirilənə qədər təklif olunan müdafiə satışları və ya transferlərini təsdiq etməyəcək və ya ona şərh verməyəcək”.

Satınalma ABŞ-ın xarici hərbi satış qaydalarına tabe olduğu üçün ABŞ Konqresi və Dövlət Departamentinin təsdiqinə ehtiyac var.

Gununsesi.info