Türkiyədə əcnəbilərlə evlənən kişilərin 13 faizi azərbaycanlı qadınlarla ailə qurub

  • By admin
  • 05 Aprel 2018 21:37


2017-ci ildə türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər ki, onların 13,3%-i azərbaycanlıdır.

Bu barədə Gununsesi.info Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.

2017-ci ilin yekunlarına əsasən, ölkədə ailə həyatı quran kişilərin orta yaş həddi 27, qadınlarda isə 24 olub.

Ötən ilin nəticələrinə görə, Türkiyədə evlənənlərin sayı 2016-cı ilə nisbətdə 4,2% azalaraq 569 459 nəfər olub. 2017-ci ildə boşananların sayı isə 2016-cı illə müqayisədə 1,8% artaraq 128 411 nəfər təşkil edib.

TÜİK-in məlumatına əsasən, keçən il boşanmaların 38,7%-i evliliyin ilk beş ilində qeydə alınıb.

 

Gununsesi.info