Türkiyədə 189 hakim və prokuror saxlanıldı

  • By admin
  • 14 Oktyabr 2016 14:04

hebs

Türkiyədə FETÖ ilə əlaqədar başladılan istintaq çərçivəsində hakim və prokurorların saxlanılması davam edir.

Gununsesi.info “Anayurt” qəzetinə istinadən xəbər verir ki,Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Respublika Baş Prokurorluğunun icra etdiyi istintaq işi çərçivəsində 189 hakim və prokurorun saxlanılması barədə qərar çıxarıb.

Saxlanılanlar FETÖ üzvlərinin əlaqə vasitəsi olan “BayLok” şifrəli proqramdan istifadə etməkdə ittiham olunurlar.

Məlumata görə, şübhəli qismində saxlanılan hakim və prokurorlar Ədliyyə Nazirliyi, Dövlət Şurası, eyni zamanda Türkiyə miqyasındakı məhkəmələrdə çalışıblar.

Anar
Gununsesi.info