Türkiyədə 3 nəfər seçki məntəqəsində öldü

  • By admin
  • 14 May 2023 16:10

Türkiyədə seçki məntəqələrində 3 nəfər ürəktutmadan dünyasını dəyişib. 

Gununsesi.info xəbər verir ki, Trabzonda 75 yaşlı Aysel Ulusoy adlı bir qadın səs verən zaman infarkt keçirib.

 

Bununla yanaşı, Giresunda 85 yaşlı İbrahim Yıldız adlı şəxs də səsvermə zamanı dünyasını dəyişib.

Rizedə isə seçki məntəqəsində çalışan Şeref Kurt fəaliyyəti zamanı ürəktutmadan vəfat edib. / Qafqazinfo

Gununsesi.info