Türkiyədə ağır qəza, ölənlər var…

  • By admin
  • 12 Mart 2021 22:01

Türkiyədə – Bursanın Kestel rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, idarəetmədən çıxan TIR qarşıda gedən maşınlara çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 9-u ağır olmaqla, 21 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və xilasetmə xidməti briqadaları cəlb edilib.

Bildirilib ki, TIR 15-20 maşını əzib. Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info