Türkiyədə anti-terror əməliyyatı –  27 nəfər saxlanılıb

  • By admin
  • 04 Yanvar 2017 19:13

1

 

Türkiyə polisi İzmirdə keçirdiyi xüsusi əməliyyat nəticəsində 27 nəfəri saxlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər “Reina” gecə klubunda törədilən terrorla əlaqəli olmaqda şübhəli bilinirlər.

Bundan əlavə şübhəlilərin İŞİD-in üzvü ola biləcəyi də güman edilir.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu terrorçunun şəxsiyyətinin artıq müəyyən olunduğunu bildirib.

 

Gununsesi.info