Türkiyədə avtobus qəzası: ölən və yaralananlar var +FOTO

  • By admin
  • 28 İyun 2022 09:19

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Kastamonu rayonunda baş verib.

Qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub.

İlkin məlumata görə, Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb və tarlaya yuvarlanıb.

Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsü olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info