Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

  • By admin
  • 17 Oktyabr 2016 14:30

qadin

Türkiyədə azərbaycanlı qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Gununsesi.info “QazeteRize” qəzetinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Türkiyənin Balıkəsir şəhərinin Bigadiç qəsəbəsində yaşayan 68 yaşlı Ş.F. adlı şəxs 4 aydır birlikdə yaşadığı 66 yaşlı Azarbaycan əsilli Samaya K.-yı boğaraq öldürüb.

Məlumata görə, Türk vətəndaşı Samaya K. ilə mübahisə edib. Mübahisə zəminində Samaya K. evi tərk etmək istəyib. Bu zaman Ş.F. Samaya K.-ni boğaraq qətlə yetirib. Hadisədən sonra .Ş.F Bigadiç Polis Şəbəsinə gələrək təslim olub.

Hazırda faktla bağlı polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.

Bu arada Samaya K.- ni cəsədi morqa aparılıb.

Anar
Gununsesi.info