Türkiyədə azərbaycanlını belə bıçaqladılar - VİDEO

  • By admin
  • 14 Sentyabr 2019 15:03

Antalyada azərbaycanlı Hacı Elbrus Hacılının bıçaqlanma anının görüntüləri yayılıb. 

Gununsesi.org xəbər verir ki, hadisə Konyaaltı rayonunun Liman məhəlləsində qeydə alınıb. 

Hacılı çərkəz əsilli şəxslə küçədə mübahisə edib. Bu zaman həmin şəxs cibindəki bıçağı çıxararaq, azərbaycanlını ayağından bıçaqlayıb. 

Hacılı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib. 

Cinayəti törədən şəxsin isə yaxalanması üçün axtarışlar davam edir.