Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra 6 ballıq afterşoklar qeydə alındı

  • By admin
  • 06 Fevral 2023 10:22

Kahramanmaraşda baş verən güclü zəlzələdən sonra 60-dan çox əlavə təkan qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasından məlum olur.

Bildirilir ki, təkanların ən böyüyü 6,6 bal gücündə olmaqla, ümumilikdə 66 afterşok baş verib.

“Kahramanmaraşın Pazarcık mahalında mərkəzləşən 7,4 bal gücündə zəlzələdən sonra bu an etibarilə bölgədə 6 baldan yuxarı üç, 5 baldan yuxarı 14 və 4 baldan yuxarı 34 təkan qeydə alınıb.

Qeyd edək ki, Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb, 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.

Gununsesi.info