Türkiyədə çayxana atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

  • By admin
  • 01 Noyabr 2016 19:49

r

 

Türkiyənin Rize əyalətində çayxanaya edilən silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, hadisə əyalətin İkizdere rayonunun Güneyce kəndində baş verib.
İkizdere rayonu bələdiyyəsinin sədri Hasan Köseoğlu bildirib ki, yoldan keçən maşndan çayxana atəşə tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə mübahisə edən iki qrup arasında baş verib.

Gununsesi.info