Türkiyədə dəhşətli hadisə – 5 ölü, 38 yaralı var

  • By admin
  • 16 Fevral 2021 09:39

Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, magistral yolun Konyanın Karapınar qəsəbəsindən keçən hissəsində ağırtonnajlı yük maşını (TIR) yoldan çıxaraq dərəyə yuvarlanıb. Bu zaman qəzanı görən digər minik avtomobilinin sürücüsü maşını saxlayaraq TIR-ın sürücüsünə kömək etmək istəyib. Lakin avtomobilin arxasından gələn sərnişin avtobusu hadisədən xəbərsiz olaraq minik avtomobilinə çırpılıb. Nəticədə avtomobil və avtobus da dərəyə aşıb.

Hadisə nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.

Olay yerinə xilasedicilər və çoxsaylı həkim briqadaları göndərilib.

Gununsesi.info