Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

  • By admin
  • 14 May 2022 14:46

Bu gün Türkiyədə dəniz üzərində salınmış Rize-Artvin hava limanının açılşı olacaq.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3 milyon kvadratmetr sahədə inşa edilən hava limanı 45 metr enində və 3 min metr uzunluğunda olan uçuş-enmə zolağı ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını tam ödəyəcək.
2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.
Hava limanında 36 metr hündürlüyündə idarəetmə qülləsi inşa edilib.

Yeni hava limanı Şərqi Qara dəniz, Qafqaz və Yaxın Şərq ölkələri arasında nəqliyyat zəncirinin transfer mərkəzi rolunu oynayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev də Rize-Artvin hava limanının açılış mərasimində iştirak edəcək.

Türkiyə mediasının məlumatına görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin olduğu təyyaralərin enişi ilə Rize-Artvin hava limanının istifadəyə verilmiş sayılacaq.

Gununsesi.info