Türkiyədə daha 34 nəfər pandemiyanın qurbanı oldu

  • By admin
  • 27 May 2020 21:57

Türkiyədə son sutkada daha 34 nəfər koronavirusdan vəfat edib.

Gununsesi.org xəbər verir ki,  bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 431 nəfərə çatıb. Son sutkada Türkiyədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.

 

Gununsesi.org