Türkiyədə daha 53 nəfər virusun qurbanı oldu

  • By admin
  • 13 İyun 2021 22:35

Türkiyədə son 24 saat ərzində 214 957 nəfərin COVID-19 testi yoxlanıb.

Gununsesi.info xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5012 nəfər təşkil edib.

53 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 202 251 nəfərə çatdığı bildirilib. Onlardan 4194 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 952 nəfər ağır COVID xəstəsi müalicə alır.

Gununsesi.info