Türkiyədə daha 76 min 632 nəfər koronavirusa yoluxub

  • By admin
  • 14 Fevral 2022 22:23

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 266 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 438 min 553 nəfərin test edildiyi, 76 min 632 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 74 min 936 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Gununsesi.info