Türkiyədə daha bir göl qurudu – FOTOLAR

  • By admin
  • 19 Sentyabr 2021 19:05

Türkiyənin Burdur vilayətindəki Qaradaş gölündə sular çəkilib.

Havaların həddən artıq isti keçməsi nəticəsində Qaramanlı ovalığındakı 1190 hektar əraziyə malik gölün suyu tamamilə quruyub.

Şirin sulu göl və ətrafındakı torpaqlar 1985-ci ildən qoruq ərazisi elan edilib.

Qeyd edək ki, su hövzəsinin quruması qlobal iqlim dəyilikliyinin bariz nümunəsi kimi qiymətləndirilir.