Türkiyədə deputatı öldürmək istəyən şəxslər tutuldu

  • By admin
  • 04 Yanvar 2023 12:20

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan millət vəkili İbrahim Halil Yıldıza qarşı sui-qəsd hazırlayan iki nəfər tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, həmin şəxslər PKK\YPG terror qruplaşmasının üzvləridir. Lakin onların adları açıqlanmayıb.

Saxlanılan şəxslər deputatı öldürməyi planlaşdırdıqlarını etiraf ediblər.

Türkiyə Böyük Millət Məclisində Şanlıurfanı təmsil edən İ.H.Yıldız bundan əvvəl də həyatına sui-qəsd cəhdlərinin olduğunu bildirib.

Gununsesi.info