Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Bakıda vəhdət namazı qılınıb

  • By admin
  • 15 İyul 2017 12:43

mescid namaz

Bu gün Bakıda Heydər Məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.

Gununsesi.info-nun məlumatına görə, mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna “Yasin” oxunması ilə başlayıb.

Sonra vəhdət namazı qılınıb. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaza qoşulublar.

“Heydər” məscidinin dini rəhbəri Hacı Sabirin rəhbərliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və din xadimləri iştirak ediblər.

Gununsesi.info