Türkiyədə ev alan azərbaycanlıların sayı artır

  • By admin
  • 23 Mart 2019 20:30
Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 nəfər və ya 66,67 faiz çoxdur.

Gununsesi.org xəbər verir ki, 2019-cu ilin ilk iki ayında isə bu rəqəm 200 nəfər təşkil edib. Bu da illik müqayisədə 72 nəfər və ya 56,25 faiz çoxdur. Türkiyədə, ümumilikdə, fevral ayında 3 min 357 xarici vətəndaş mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz çoxdur.

Yanvar-fevral aylarında isə Türkiyədə xarici vətəndaşlara 6 min 557 mənzil satılıb. Burada da illik müqayisədə 86,4 faiz artım müşahidə olunur.