Türkiyədə FETÖ ilə əlaqəli 70 nəfər barəsində saxlanma qərarı verilib

  • By admin
  • 17 Avqust 2017 13:11

05

Türkiyənin 5 vilayətində dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının üzvlərinə qarşı əməliyyatlar başlayıb.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Ankara Baş Prokurorluğu FETÖ-nün kommunikasiya proqramı olan “ByLock”u istifadə etməkdə günahlandırılan 70 nəfər barədə saxlanma qərarı verib.

Qeyd edək ki, onların hamısı keçmiş Türkiyə Maliyyə Nazirliyinin məmurlarıdır.

Anar

Gununsesi.info