Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

  • By admin
  • 17 Aprel 2018 19:14


Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən üç ay müddətinə uzadılacaq.

Gununsesi.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepede keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan məlumatda qeyd olunub.

Xəbərdə Şuranın Türkiyə Nazirlər Kabinetinə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasını tövsiyə etdiyi vurğulanıb.

Bununla da Türkiyədə fövqəladə vəziyyət rejimi 7-ci dəfədir ki, uzadılacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.
Gununsesi.info