Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ Ölənlərin sayı 1000-i keçdi - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.

Gununsesi.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

xxx

11:11

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

xxx

09:00

Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfər çatıb, 440 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərindən verilən ümumi məlumatda deyilir.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

xxx

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.

Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə – Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Bundan əlavə, “Əl Ərəbiyyə” telekanalı yeraltı təkanlar İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.

xxx

04:40

Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.

Gununsesi.info