Türkiyədə güclü zəlzələnin ardınca növbəti təkanlar olub

  • By admin
  • 14 İyun 2020 21:01

Türkiyənin Bingöl vilayətinin Karlova qəsəbəsində baş verən güclü zəlzələnin ardınca 4,7 və 4,6 maqnitudalı təkanlar da baş verib.

Gununsesi.org bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən məlumat yayıb.

AFAD, həmçinin, bu gün yerli vaxtla 17.24-də baş verən 5,7 mqanitudalı zəlzələdən sonra 16 təkanın qeydə alındığını açıqlayıb.

 

 

Gununsesi.org