Türkiyədə güllələnən azərbaycanlıların ADLARI

  • By admin
  • 12 Sentyabr 2022 14:39

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində 11 sentyabr 2022-ci ildə axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Rəsmi məlumata görə, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıblar.

“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, – Baş konsulluqdan bildirilib.

Gununsesi.info