Türkiyədə hərbçilər qəzaya düşdü: 3 ölü, 23 yaralı - VİDEO

  • By admin
  • 17 Yanvar 2023 10:48

Türkiyənin Mersin şəhərində hərbçiləri daşıyan avtobus qəzaya düşüb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, avtobus qarşısında hərəkətdə olan yük avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan 3 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb. Qəzadan sonra avtobusda yanğın başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info