Türkiyədə hərbi avtomobil qəzaya uğradı -2 hərbçi həlak oldu

  • By admin
  • 04 Yanvar 2023 12:53

Türkiyədə hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki hərbçi həlak olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Konya-Ankara yolunun 15-ci kilometrliyində baş verib.

Məlumata görə, qatı dumanda hərbi maşın TIR-la toqquşub.

Qəzada həlak olanlardan biri zabitdir. Daha 2 hərbçi isə yaralanıb.

Gununsesi.info