Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə olub

  • By admin
  • 29 Sentyabr 2019 21:35

Türkiyənin Sakarya vilayətində yerləşən Taşkısısığı ərazisindəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib.

Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, sentyabrın 28-də axşam yeməyindən sonra narahat olan 143 hərbçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Sakarya valiliyinin məlumatına görə, baş verənlər Türkiyə vaxtı ilə saat 22.30-dan sonra müşahidə olunub. Bildirilir ki, hərbçilərdən 63-ü ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73-ü tibbi nəzarətə götürülüb, 7-si isə xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.org