Türkiyədə hərbi təyyara qəzaya uğradı

  • By admin
  • 06 Dekabr 2022 16:26

Türkiyənin Konya şəhərində hərbi təyyara qəzaya uğrayıb.

 

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi təlim təyyarəsinin qəzaya düşməsi zamanı pilot nəqliyyat vasitəsindən yerə atlanıb. Türkiyənin  Milli Müdafiyə Nazirliyi hadisəyə quşun təyyarəyə çırpılmasının səbəb olduğunu bildirib.

Türk Ulduzlarına aid olduğu açıqlanan F-5 təyyarəsindən tullanış edən pilotun sağlamlığının yaxşı olduğu vurğulanır.

Hazırda onun xəstəxanada müalicə altında olduğu deyilir.

Hadisədən sonra Konya şəhərinin İcra başçısı Vəhdəddin Özkanın qəzaya uğrayan sürücü pilota baş çəkdiyi bildirilir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info