Türkiyədə hakim və prokurorların beşdə biri işdən çıxarılıb, onların həbsinə başlanıb

  • By admin
  • 18 İyul 2016 12:14

tur

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən çıxarılıb.

 

Gununsesi.info-nun “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, işdən uzaqlaşdırılanların həbsinə başlanıb.

 

Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.

 

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.

 

Gununsesi.info