Türkiyədə iki zəlzələ olub

  • By admin
  • 25 Aprel 2021 16:38

Türkiyənin Bitlis əyalətində 3,9 maqnitudalı zəlzələ olub.

Bu barədə Gununsesi.info-ya Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 12:20-də (Bakı vaxtı ilə sat 13:20-də-red.)qeydə alınıb. Yeraltı təkanların episentri Hizan rayonu ərazisində, ocağı isə 18,79 kilometr dərinlikdə yerləşib.

Elə həmin ərazidə yerli vaxtla saat 12:39-da (13:39-da) daha bir zəlzələ olub. Yeraltı təkanların maqnitudası 4,1 təşkil edib.

Gununsesi.info