Türkiyədə kafe və restoranların iş saatına tətbiq olunan qadağa ləğv edildi

  • By admin
  • 21 İyul 2020 15:24

Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq sərəncamına əsasən, ölkənin 81 vilayətində COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Gununsesi.org “HaberGlobal”-a istinadla məlumat verir ki, nazirliyin sərəncamına əsasən, ölkədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.

Qərar iyul ayının 21-dən qüvvəyə minib.

Sərəncamda pandemiya ilə əlaqədar qəbul olunan ümumi təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.

 

 

Gununsesi.org