Türkiyədə kimyəvi qaz ətrafa yayılıb – 30 nəfər zəhərlənib

  • By admin
  • 11 Sentyabr 2017 22:19

59b6c27361361f14f0c1547f
Türkiyədə Siirt rayonunun Aktaş kəndində uşaqların boş ərazidə tapdıqları böyük qabın içindən kimyəvi qaz çıxaraq ətrafa yayılıb.

Gununsesi.info xəbər verir ki, kənddə 30 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Kəndə dərhal fövqəladə hallar işçiləri gələrək əhalini təxliyyə ediblər və kəndi karantinə alıblar.

Hazırda zəhərlənməyə səbəb olan kimyəvi maddə ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info