Türkiyədə koronavirusa yoluxanların sayı 168 mini keçib

  • By admin
  • 05 İyun 2020 21:08

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşımında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 57 829 şübhəli koronavirus testindən keçib, onlardan 930-nun cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4648 nəfər ölüb, 168 340 nəfər bu infeksiyaya yoluxub, 133 400 nəfəri isə müalicə olunub. Bu gün daha 1622 xəstə evə buraxılıb.

 

Gununsesi.org