Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü

  • By admin
  • 09 Avqust 2020 22:27

Bu gün Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 844 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

Son sutkada 1 103 pasiyent sağalıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 223 759 nəfər təşkil edir.

 

 

Gununsesi.info