Türkiyədə koronavirusa yoluxanların sayı 3 mini keçib

  • By admin
  • 13 Noyabr 2020 21:05

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 93 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri   Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  149 942 şübhəli koronavirus testindən keçib, onlardan 3045-nin cavabı pozitiv çıxıb, 2010 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3256 nəfər olub.

Türkiyədə indiyədək 407 939 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 326  nəfər ölüb.

Qeyd edək ki, nazir COVID-19-la bağlı peyvənd fəaliyyətlərində xeyli irəliləmələr olduğu üçün tibbi maskanın yaxın zamanlarda həyatımızdan çıxacağını bildirib.

Nazir eyni zamanda tədbirlərə əməl etmə ehtiyatını əldən verməməyin vacibliyini də vurğulayıb.

 

 

Gununsesi.info