Türkiyədə koronavirusdan 217 nəfər ölüb

  • By admin
  • 25 Avqust 2021 22:06

Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan 217 nəfər həyatını itirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 296 711 nəfərdən test götürülüb, onların 16 651-nin testi pozitiv nəticə verib, 15 833 nəfər sağalıb.