Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

  • By admin
  • 16 İyun 2020 22:15

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 17 nəfər ölüb.

Gununsesi,org xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 46800 şübhəli koronavirus testindən keçib, onlardan 1467-nin cavabı pozitiv çıxıb. Bu gün 1015 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4842 nəfər ölüb, 181298 nəfər bu infeksiyaya yoluxub, 153379 nəfəri isə müalicə olunub.

Nazir infeksiyaya yoluxanların dünənlə müqayisədə 125 nəfər az olduğunu qeyd edib.

 

Gununsesi,org