Türkiyədə koronavirusdan ölənlərin sayı ARTDI

  • By admin
  • 12 Avqust 2021 22:09

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa yoluxan daha 138 nəfər vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə ötən 24 saatda COVID-19-la əlaqədar 281 535 nəfərdən test götürülüb, bunlardan 22 261-i müsbət çıxıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 685 nəfər sağalıb.