Türkiyədə lirə sürətlə ucuzlaşmağa başladı

  • Müəllif: admin
  • 26 İyun 2018 10:44

Türkiyədə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi dolların lirəyə nisbətdə məzənnəsini zəiflətsə də, ABŞ valyutası yenidən yüksəlişə keçib.

Gununsesi.info xəbər verir ki, seçkidən dərhal sonra türk lirəsi dollara nisbətdə 3 faiz dəyər qazanaraq  4.5375 lirəyə yüksəlmişdi.

Lakin bu gündən başlayaraq, dollar bazardakı hökmranlığını geri qaytarıb. Birjalarda dollar/lirə məzənnəsi 4.7233 lirə təşkil edir. Avro ilə əməliyyatlar isə 5.49 lirədən aparılır.