Türkiyədə məmurlara “WhatsApp” və “Telegram” qadağan edildi

  • By admin
  • 29 İyul 2020 15:32

Türkiyə Böyük Millət Məclisi ölkədə sosial şəbəkələrə nəzarətlə bağlı qanuna dəyişikliyi qəbul edib.

Gununsesi.info xəbər verir ki, dəyişiklik çərçivəsində dövlət işçiləri “WhatsApp” və “Telegram” kimi məşhur platformalardan istifadə edə bilməyəcək.

Belə ki, məmurlar vəzifə başında ikən xarici şirkətlərin istehsalı olan şəbəkələr yerinə milli platformalar vasitəsilə işlərini həyata keçirəcək.

Prezident Administrasiyasının Rəqəmsal Çevriliş Ofisinin açıqlamasına görə, bu addım dövlət qurumlarının bilgi sistemlərində qarşılaşılan təhlükəsizlik risklərinin azaldılması məqsədilə atılıb. Sözügedən platformaların yerinə “PttMessenger”in istifadəsi nəzərdə tutulur.

Gununsesi.info