Türkiyədə maska qadağaları ləğv olundu

  • By admin
  • 02 Mart 2022 20:13

Türkiyədə tibbi maska ilə bağlı bütün qadağalar ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Artıq açıq yerlərdə maska ​​taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska ​​taxılmayacaq”, – deyə nazir qeyd edib.

F.Qoca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa yoluxan şagirdin təcrid olunacağını bildirib.

Gununsesi.info