
FETÖ-çülər nəzarətə götürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul polisi bu səhər FETÖ-yə qarşı aparılan əməliyyatlar nəticəsində 70 evə basqın edib. Nəticədə çox sayda insan nəzarətə götürülüb.
Əməliyyat bu gün səhər saatlarında həyata keçirilib. Polislər Üsküdar Acıbadəm məhəlləsinin Yaprak küçəsindəki 4 mərtəbəli bir binada araşdırma aparıb.
Nəzarətə götürülənlər tibbi müayinədən keçirilib.
Gununsesi.info












