Türkiyədə partlayış baş verdi -VİDEO

Partlayış cümə günü Türkiyənin şimalında Qara dəniz sahilində yerləşən Samsun limanında baş verib.

Gununsesi.info xəbər verir ki, yanğından sonra baş verən partlayışın səbəbləri hələlik açıqlanmır. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Ölən və yaralananlar barədə də məlumat yoxdur. Əyalət hökuməti hadisə ilə bağlı açıqlama verməyib.

Gununsesi.info