Türkiyədə qar yollarda hərəkəti iflic etdi

  • By admin
  • 06 Fevral 2022 11:20

Türkiyədə güclü qarla müşayiət olunan əlverişsiz hava şəraiti ciddi problemlər törədib.

Gununsesi.info xəbər verir ki, dağlıq ərazilərə yağan qar elektrik xətlərində nasazlıq yaradıb. Bəzi yerlərdə yağıntının intensivliyi uçqunlara səbəb olub. Böyük qayaların uçması nəticəsində Qaradəniz sahil avtomagistralında nəqliyyatın hərəkəti dayanıb.

İsparta vilayətində güclü qar səbəbindən çox sayda yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, elektrik təchizatında fasilələr yaranıb. Orta məktəblərdə tətilin müddəti daha beş gün – fevralın 12-dək uzadılıb.

Yaranmış problemlərin aradan qaldırılması üçün yerli imkanlar səfərbər olunub.

Gununsesi.info