Türkiyədə qarın səbəb olduğu qəza: Avtomobil qalxmaq istədiyi yolda geriyə sürüşdü - VİDEO

  • By admin
  • 27 Yanvar 2022 19:21

Türkiyənin Bursa şəhərində sürücü buz bağlamış yolda yoxuşu qalxmaq istəyərkən idarəetməni itirib və avtomobil sürüşərək arxaya gedib.

Hadisə vaxtı orada olan sakinlərdən biri sürücüyə kömək etməyə çalışsa da, onun səyləri nəticə verməyib.

Nəticədə avtomobil evlə yol arasındakı boşluğa düşüb.

Sürücünün ciddi xəsarət almadığı bildirilir.

Gununsesi.info xəzərxəbər-ə istinadla görüntüləri təqdim edir:

 

Gununsesi.info