Türkiyədə sel qurbanlarının sayı 27-yə çatdı

  • By admin
  • 13 Avqust 2021 10:27

Türkiyədə sel fəlakəti 27 nəfərin həyatına son qoyub.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkənin Kastamonu və Sinop əyalətlərində baş vermiş daşqınlarda itkin düşən vətəndaşların axtarışları davam etdirilir.

Bu günə qədər Kastamonuda 25, Sinopda 2 nəfər sel səbəbiylə həyatını itirib. Bartın əyalətində isə itkin düşən bir nəfərin axtarışları aparılır.