Türkiyədə silahlı insidentə görə 19 nəfər saxlanılıb

  • By admin
  • 16 İyun 2018 13:26


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvlərinin Suruç əyalətində seçki kampaniyası zamanı silahlı hücuma məruz qalması hadisəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 19 şübhəli saxlanılıb.

Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər arasında Xalqların Demokratik Partiyasından (HDP) millət vəkililliyinə namizəd İsmail Kaplan da var.
Qeyd edək ki, silahlı insident nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Gununsesi.info