Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq

  • Müəllif: Firuzə
  • 10 Oktyabr 2026 14:36

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.

O bildirib ki, bununla da məhsulu alan şəxsin yaşı yoxlanılacaq. Türkiyədə 18 yaşdan aşağı şəxslərə siqaret satışı hazırda da qadağandır.

Nazirin sözlərinə görə, Türkiyədə ölüm hallarının təxminən 60 faizinə səbəb olan xəstəliklərin əsas amillərindən biri tütün istifadəsidir.

K.Memişoğlu qeyd edib ki, qanun layihəsinin bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır.

Gununsesi.info